16 Sentyabr 2017 21:15
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/


Müəllif: Teleqraf.com