Astanada yeni tikilən binada döşəmə piltələri və divar dağılıb.
APA-nın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 11.56 radələrində Qazaxıstan paytaxtının Alaş küçəsində baş verib.
İlkin məlumata görə, 2 fəhlə ölüb, 1 fəhlə xəsarət alıb.