20 Sentyabr 2017 12:50
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Palmali Şirkətlər Qrupu çərçivəsində fəaliyyət göstərən Palmali Dənizçilik Şirkəti Rusiyanın nəhəng “Lukoyl” şirkətinə məxsus olan “Litasko” şirkətini beynəlxalq məhkəməyə verib.

Teleqraf.com cnnturk.com-a istinadla xəbər verir ki, Palmali Şirkəti qarşı tərəfdən iki milyard dollar təzminat tələb edir.

“Röyter” agentliyinin xəbərinə görə, Palmali şirkəti Xəzər dənizində ən böyük daşıma şirkətidir. Şirkət “Litasko”ya qarşı müqavilə qaydalarının pozulduğu üçün təzminat tələb edir.

Xəbərdə qeyd olunur ki, Türkiyə və Azərbaycan vətəndaşlığı olan iş adamı Mübariz Mənsimovun “Palmali Şippinq” şirkəti Londonda Ali Məhkəməyə müraciət edib. “Litasko” uzunmüddətli müqaviləni pozduğu üçün təzminat tələb olunur.

“Lukoyl” bu məsələ barədə “Röyter” agentliyinə şərh verməyib.

Qeyd edək ki, “Lukoyl” və “Palmali” şirkətləri bu ilin aprelində 10 illik müqavilə izmalayıb. Müqavilə neft və neft məhsulları yüklərinin daşınmasını nəzərdə tutur. “Palmali” “Lukoyl”un istehsal etdiyi xam neft və emal məhsullarını daşıyıb.


Müəllif: Cavad

Oxşar xəbərlər