Suriyalı aktivist qadın və jurnalist qız Türkiyədə öldürülüb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Suriya müxalifət fəalı olan Orouba Barakat və 22 yaşlı jurnalist Halla Barakatın cəsədləri İstanbulda qaldıqları mənzildə tapılıb.
Xəbərə görə, dostları jurnalistə dəfələrlə zənglər etsələr də, telefona cavab ala bilməyiblər. Narahat olan dostlar jurnalistin yaşadığı mənzilə gəliblər. Suriyalı fəalların qapısını açan olmayıb.
Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olsa da, suriyalıların cəsədi ilə qarşılaşıb.
Qonşuları Orouba Barakat və Halla Barakatın 2-3 ildir ki, məhəllədə qaldıqlarını və boğazlarının kəsilərək öldürüldüklərini bildiriblər.