ABŞ-ın Kaliforniya əyalətində 5.7 bal gücündə ardıcıl iki zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, ABŞ Geoloji Xidmətindən 5.7 bal gücündə olan ilk zəlzələnin yerli vaxtla saat 19: 50-də ( Bakı vaxtı ilə 23.50) baş verdiyi bildirilib. Zəlzələnin episentri Ferndeyl şəhərindən 204 kilometr qərbdə yerləşir. Zəlzələnin ocağı yerin 9.1 kilometr dərinliyində qeydə alınıb. Bunun ardınca 5.6 bal gücündə daha bir zəlzələ baş verib. Bu zəlzələ Ferndeyldən 58 kilometr aralıda baş verib. Zəlzələnin ocağı isə 4.6 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və itkilər barədə məlumat yoxdur.