23 Sentyabr 2017 15:50
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB kanalında aparıcı Elgiz Əkbərin “Səhər səhər” verilişinə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli ilə aparıcı arasında ciddi şəkildə mübahisə yaranıb.

Mübahisə zamanı Elgiz Əkbər qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Məsələ ilə bağlı Vasif Akifli Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, ünvanına xoşagəlməz ifadə işlətdiyi üçün Elgizİ məhkəməyə verəcək: “Mən uşaqların istismarından danışırdım. Uşağın valideynlərinə izah etmək istəyirdim ki, qızın maddiyyat qarşılığında şənliklərində iştirakı düzgün deyil. Verlişdə Elgizlə mübahisəmiz düşüd və mənə qarşı xoşagəlməz ifadə işlətdi. Elgiz Əkbəri məhkəməyə vermək fikrindəyəm”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər