Suriyada fransalı hərbi qulluqçu öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fransa Prezident Administrasiyası məlumat yayıb.
Məlumatlara görə, Suriya-İraq sərhədində xidmət edən zabit terrorçularla toqquşmada güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.