Dünya Bodibildinq Federasiyasının rəhbəri Pradip Subramanyan Sinqapurda keçirilən döyüşdə şok vəziyyətinə düşüb.
Teleqraf.com ren.tv-yə istinadla xəbər verir ki, hakimin görüşü dayandırmasından sonra xəstəxanaya çatdırılan 32 yaşlı Subramanyanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Subramanyanın rinqdəki rəqibi 41 yaşlı asiyalı bloqqer Stiven Lima olub.
Həmin döyüşdən görüntüləri təqdim edirik: