27 Sentyabr 2017 10:22
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xabarovskın millət vəkili Anar Allahverənovu xilas etmək üçün Polad Bülbüloğluna müraciət edib.

Axar.az xəbər verir ki, Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgeninin seçicilər və Azərbaycan diasporunun üzvləri ilə birlikdə Anar Allahverənovun müdafiəsində yardım göstərməsi üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət ünvanlandığı bildirilir.

Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərdən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu Draçevlə davaya çıxıb və ona öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal polisin və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər