27 Sentyabr 2017 17:34
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:42

Ukraynanın Vinnitsa şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında baş vermiş partlayışla bağlı məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında partlayışın pilotsuz uçuş aparatı tərəfindən qəsdən törədildiyi bildirilib:

“Olay diversiya xarakteri daşıyıb. Faktla bağlı araşdırmalara başlanıb”.

Qeyd edək ki, hadisədən sonra anbarın yerləşdiyi Kalinovka kəndinə aparan yol bağlanıb, 35 min insan təxliyyə edilib. Anbarda “Smerç”, “Uraqan”, “Qrad” tipli yaylım atəşi sistemlərinin raketlərinin saxlanıldığını bildirilib.


Müəllif: Samir

Oxşar xəbərlər