27 Sentyabr 2017 22:21
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar şəhərində Bakşeyevlər ailəsinə qarşı açılan cinayət işinin istintaqı davam edir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Natalya və Dmitri Bakşeyevlərin fotoları mətbuat və sosial şəbəkələdə yayıldıqdan sonra şəhər restoranlarının direktorları onları tanıyıb. Aydın olub ki, həbs edilən ər və arvad dəfələrlə kafe və restoranlarda işə düzəlməyə çalışıblar. Lakin onların işə düzəldikdən sonra çalışdıqları restoran və kafelərə insan əti satıb-satmadıqları hələ dəqiqləşməyib.

Krasnodarın Yubileysk mikrorayonundakı kafenin sahibi Vitali Yakubenko ər-arvadın şəkli mətbuatda dərc olunan kimi onları tanıyıb. O, "Moskovskiy komsomolets" qəzetinə amansız qətllər törədən Dmitri və Natalya Bakşeyevlərlə necə tanış olduğunu nəql edib: "Mən fotonu qəzetdə görən kimi qadını və onun vətəndaş nikahı ilə yaşadığı kişini tanıdım. 2010-cu ildə Natalya Bakşeyeva mənim kafemdə işə düzəlməyə gəlmişdi. Natalyanın qəzetdə dərc olunan şəkildəki donunu xatırlayıram. O vaxt kafeyə həmin donda gəlmişdi. O, aşpaz kimi işə düzəlmək istəyirdi. Özünü qəribə aparırdı və mənə çoxlu suallar verirdi. O soruşurdu ki, biz ət və balığı haradan alırıq, aldığımız ət təzədirmi? Belə sualları təsadüfən vermirlər. Mən çoxdan bu sahədə çalışıram və dəfələrlə belə adamlarla rastlaşmışam. Belələri öz mallarını, o cümlədən əti ucuz qiymətə təklif edirlər. O zaman qadın mənə əsəbi, çoxdanışan, hər şeyə qarışan adam təsiri bağışladı. Mən o zaman ona işə düzəlmək üçün özü haqqında məlumatları blanka yazmasını istədim. Bu qadını çaşdırdı. O, dedi ki blankı evdə dolduraram. Getdi və bir daha işə gəlmədi".

Kafe sahibi Natalyanın əri Dmitrini gördüyünü də deyib: "Kişi çox qəribə idi. "İt ürəyi"nədəki Şarikova oxşayırdı. Mən onda fikirləşdim ki, bunlar nə qəribə cütlükdür - gözəl qadın və o. Polis olsaydım, o qadının sonrada hansı kafe və ya rostoranda işə düzəldiyi, onlara öz "malı"nı satıb-satmadığını araşdırardım. Yəqin ki, onlar öldürdükləri adamların ətini satmaq üçün işə düzəlmək istəyirmişlər".

Yakubenko deyib ki, qadının yay məktəbində aşpaz işlədiyi barədə söz-söhbət gəzir: "O, istənilən yerdə işə düzələ bilərdi. Hərgah, başqa məlumatlara görə, onun əsl işi tibb bacısı işləmək olub. Ancaq nəzərə almaq lazımdır ki, bizdə belə adamlar var və ucuz ət şəbəkəsi yaradıblar".

Dmitri və Natalya Bakşeyevlər qeyri-rəsmi məlumatlara görə, 30 nəfəri amansızlıqla öldürməkdə ittiham olunurlar. Bu cinayətlər 20 il ərzində baş verib. Krasnodar kannibalları təsadüfən ələ keçiblər.

Bu il sentyabrın 11-də yol təmir edən fəhlələr Krasnodarın Repin küçəsində mobil telefon tapıblar. Telefonun yaddaşında Dmitri Bakşeyevin fotosu olub. O, əlində qadın qolu və başı tutaraq selfi çəkib. Bu şok effektli selfini görən fəhlələr telefonu polisə veriblər. Fotodakı kişinin şəxsiyyəti müəyyən edilib. O, saxlanılarkən bildirib ki, Aviaqorod rayonunda yerdə qadın başı və qolu görüb, onları əlinə götürərək selfi edib.

Lakin polisin araşdırmasından sonra telefonun tapıldığı ərazidə qadının cəsədinin digər hissələri aşkar edilib. Cəsəd doğranaraq paket və vedrəyə yığılıb. Yaxınlıqda isə içərisində əşyalar olan çanta tapılıb.

Kannibalların son qurbanı Bakşeyevlərin 35 yaşlı qonşusu Yelena Vaxruşeva olub. Müstəntiqlərin fikrincə, Dmitri və Natalya Bakşeyevlər sentyabrın 8-də Qastello küçəsində olublar. Vaxruşeva da onlarla birlikdə olub və üçlükdə spirtli içki qəbul ediblər. Daha sonra onların arasında mübahisə yaranıb və Dmitri yeni tanışını öldürərək, onun bədənini hissələrə ayırıb. Təqsirləndirilənlərin evinə baxış keçirən polislər orada qadının bədəninin bəzi hissələrini tapıblar.

Natalya Bakşiyevanın əvvəllər bir zabitlə evli olduğu, ərinin ölümündən sonra içkiyə qurşandığı bildirilir. Qadın son 8 ildə heç bir yerdə işləməyib. O, "bəs Dmitri ilə hansı qazanc hesabına yaşayırdınız" sualına belə cavab verib: "Pirojna bişirirəm". Polisin "pirojnanı nədən hazırlayırsan" sualına isə qadın "Nədən oldu" deyə cavab verib.


Müəllif: Nahid

Oxşar xəbərlər