28 Sentyabr 2017 09:57
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Report xəbər verir ki, yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.

Məsələ ilə bağlı açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib:

“Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemləri yay aylarında da yaranmışdı. Həmin vaxt "Azərişıq" rəsmiləri bunu qışa hazırlıq məqsədi ilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər