29 Sentyabr 2017 10:10
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki ildə Türkiyədə yaşamış özbək yazıçısı və dissidenti Nurulla Məhəmməd Raufxan Daşkənd aeroportunda həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkəyə qayıdan yazıçıya iki maddə ilə cinayət işi açılıb.

O, konstitusiya quruluşuna qəsddə və ictimai təhlükəsizliyə ziyan vuran materiallar hazırlayıb yaymaqda ittiham olunur.

Daşkənd Baş Polis İdarəsi istintaq şöbəsinin müdiri Daniyer Daşxocayev bununla bağlı keçirdiyi brifinqdə təhqiqat aparıldığını bildirib: "Ola bilər, yeni ekspertiza təyin olunsun. Əgər onun fəliyyəti amnistiya aktındakı maddələrə düşsə və ya günahı təsdiqlənməsə, təbii ki, qanunvericliyə uyğun müvafiq addımlar atılacaq".

Nurulla Məhəmməd Raufxan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun idarəçiliyini tənqid edən "Bu günlər" kitabının müəllifidir. Yeni prezident Şövkət Mirzyayevin bir müddət əvvəl Nyu Yorkada ölkədən kənarda yaşayan həmvətənlərini geri dönməyə çağırmasından sonra yazçının ümidləndiyi qeyd olunur.


Müəllif: Mahir

Oxşar xəbərlər