Rusiya elektromaqnit bombası hazırlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Rusiya Radioelektrik Texnologiyalar Şirkətinin rəsmisi Vladmir Mixeyev düşmən vasitələrini güclü və yüksək tezlikli dalğalarla məhv edə biləcək elektromaqnit sistemini inkişaf etdirdiklərini bəyan edib.
Media iddia edib ki, Rusiya “Alabuga” adı verdiyi yüksək tezlikli dalğalarla 3,5 kilometr uzaqlıqdakı düşmənin hərbi vasitələrini təsirsiz hala gətirə bilən yeni bomba sistemini təkmilləşdirib.
Mixeyev isə deyib ki, “Alabuga” adı altında gələcəkdə istifadə olunacaq radioelektron vasitələrlə bağlı ciddi araşdırmalar aparırlar:
“Bu çərçivədə hazırlayacağımız silahlar düşmənin silah sistemlərini müvəqqəti olaraq təsirsiz hala gərirə bilir”.
Vladmir Mixeyev əlavə edib ki, bu istiqamətdə aparılan araşdırma və sözügedən silahlarla bağlı məlumatlar məxfi xarakter daşıyır:
“Onu deyə bilərəm ki, araşdırma zamanı əldə edilən informasiyalar əsasında hələlik elektromaqnit top mərmiləri, bombalar və digər mərmilərin inkişaf etdirilməsində istifadə olunur. Bütün bunlar maqnit xarakterli partlama gücündədir”.
Mütəxəssis sonda xatırladıb ki, Çin, ABŞ və digər ölkələr də bu texnologiya üzərində işləyir.