Şimali İraq Kürd Bölgəsəl Yönətiminin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, təkcə Urmiya şəhərində 11 ev, 1 böyük ticarət mərkəzi və 1 hotel-restoran Bərzani tərəfindən alınıb.
Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı bildirilib.
Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığı qeyd edilib.
Qeyd edək ki, kürd terror qruplaşmaları və radikal kürd qüvvələrinin Güney Azərbaycanın qərb bölgəsinə göz tikməsi kimsəyə gizli deyil. Onlar dəfələrlə Urmiyanın kürdlərə aid olması iddiasını irəli sürüb.