29 Sentyabr 2017 16:46
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb elmləri üzrə akademik, ixtisasca onkoloq olan azərbaycanlı alim Məmmədbağır Cavad oğlu Əliyev Rusiya Elmlər Akademiyasının rəyasət heyətinə rəhbər seçilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Elmlər Akademisyası məlumat yayıb.

Akademiyada keçirilən səsvermədə Əliyevin namizədliyini 1200 nəfər dəstəkləyib. 70 nəfər isə onun əleyhinə səs verib.

Qeyd edək ki, Məmmədbağır Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidentidir.


Müəllif: Samir

Oxşar xəbərlər