Bakı Apelyasiya Məhkəməsinin hakimi Mehti Əsədov vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
M. Əsədov indiyədək Bakı Şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsində iclas katibi, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi vəzifələrini tutub.
O, 2008-ci ildən etibarən Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. M. Əsədov həmçinin Mülki kollegiyanın sədri vəzifəsini icra edib.