Göyçay rayonunda sərnişin avtobusu yanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, rayonun Qarabaqqal kəndində “Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay-Bığır marşurutu üzrə hərəkət edən 90-FD-688 dövlət nömrə nişanlı "Otoyol" markalı avtobus 30 sərnişini kənddən rayon mərkəzinə apararkən yanmağa başlayıb. Sərnişinlər təxliyə edilib. Onlardan heç biri xəsarət almayıb.
Qeyd edək ki, Avtobusun mühərrikində başlayan yanğın qısa müddətdə salona keçib. Avtobus isə tamamilə yararsız hala düşüb. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.