Türkiyədə Mersin vilayətinin Mut kəndində qızlar üçün internat məktəbində 63 nəfər zəhərlənib.
Teleqraf.com xəbər verir ki, internatda qalan qızlardan biri yemək yedikdən sonra qarnı ağrıdığını vı qusduğunu bildirib. Daha sonra digər qızlar da şikayətlənməyə başlayıblar. Məktəbə gələn təcili yardım 63 qız şagirdin xəstəxanaya yerləşdirilməli olduğunu bildirib.
Hazırda onlar müalicə alırlar.
Faktla bağlı araşdırma aparılır.