1 Noyabr 2017 10:44
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Nyu Yorku qana boyayan Florida ştatının sakini Sayfullo Saipovla bağlı yeni məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Nyu York meri Endrü Kuomo açıqlama verib.

Onun sözlərinə görə, Saipovun ləqəbi “Yalquzaq” olub:
“Bu, yeni terror üsuludur. Yalqız qalmış canavarın hücumu… Bir neçə saat keçməsinə baxmayaraq, yeni terakt planı ilə bağlı heç bir məlumat daxil olmayıb. Bu, şəhərimiz üçün kədərli hadisədir”.

Qeyd edək ki, hücum zamanı 8 nəfər həlak olub, 16 nəfər yaralanıb.


Müəllif: Samir