ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda baş verən və 8 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi ilə bağlı Tvitterdə fikirlərini bölüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp olayı törədəni “terrorçu” deyil, “xəstə, başıpozuq” adlandırıb.
O qeyd edib ki, terakt polis tərəfindən araşdırılır.
Bu cür hadisələrdə müsəlmanları və islamı günahlandırmaq üçün fürsəti qaçırmayan Tramp qəribədir ki, ilk açıqlamasında nə islam, nə də terror sözlərindən istifadə edib.
Bu tvitdən bir saat sonra Tramp ikinci dəfə açıqlama verib:
“İŞİD-in Yaxın Şərqdə və baş yerlərdə məğlub edilməsindən sonra ölkəmizə geri dönməsinə və ya girməsinə icazə verməməliyik”.
Bu arada, Tramp qaçqınların ölkəyə qəbulu proqramının daha da sərtləşdirilməsinə dair göstəriş verib.