2 Noyabr 2017 11:32
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:35

Türkiyə Silahlı Qüvvələri İraqla sərhəddə yerləşən Hakkarinin Şəmdilli bölgəsində PKK terror təşkilatı döyüşçülərinin xain hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İraq-Türkiyə sərhədini keçməyə çalışan terrorçular türk əsgərlərinə atəş açıblar.

Hadisə zamanı 4 əsgər şəhid olub. Bölgədə anti-terror əməliyyatı başlayıb.

***

Türkiyənin İraqla sərhədinda əsgərlərlə PKK terrorçuları arasında baş verən silahlı insidentdə şəhid sayı artıb.

Xain hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 8 əsgəri şəhid olub.

Başlanan əməliyyat zamanı 4 terrorçu öldürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər