Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər çox ağır insult keçirib.
Bu sözləri Teleqraf.com-a əməkdar artist Aybəniz Haşımova deyib.
Onun sözlərinə görə, bəstəkarın vəziyyəti ağırdır: “Tahir çox ağır insult keçirib, bir tərəfi işləmir, dili tutulub, heç kimi tanımır. Həkimlər deyir ki, müalicəyə sabahdan başlaya bilərik. Çünki bu vəziyyətində onu düzgün müayinə edə bilmərik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, əməkdar incəsənət xadimi bundan əvvəl də 2 dəfə insult keçirmişdi.