3 Noyabr 2017 11:51
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib.

"Report"un xəbərinə görə, nəticədə "Səməd Vurğun" bağı istiqamətinə gedən yolda tıxac yaranıb.

Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib.

Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər