3 Noyabr 2017 14:22
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücü nə dərəcədə məsuliyyətsiz, diqqətsiz olub ki, o nişanı görməyib.

Bu sözləri Bakının 28 May küçəsində sərnişin avtobusunun körpüyə ilişməsi hadisəsini Teleqraf.com-a şərh edən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin körpü dəmiryol körpüsüdür: “Mən gözümü açandan orda keçidə məhdudiyyət olub. Üstundəki nişanın nömrəsi 3.13-dur və o hündürlüyün məhdudlaşdırılması nişanıdır. Həmin nişannın üstünə yazılan 3.5 metr o deməkdir ki, göydə maneə boru, estakada, körpü və sair keçir, onun altından yalnız 3,5 metr hündürlüyə qədər avtomobillər keçə bilər. Bundan hündür avtomobilin keçməsi mümkün deyil. Sürücü onu görməli idi. Əks halda yol hərəkəti qaydalarını pozmuş hesab olunur.

O körpü bəlkə də bir əsr əvvəl salınıb. O vaxtın standartlarıdır. İndiki standartlara görə, bu tip körpülərdə hündürlük 5 metr və 5 metrdən yüksək nəzərdə tutulur.

Dəmiryol körpüsü qədimdir, hansısa sürücüyə görə oranı dağıtmaq olmaz ki... Həmin körpüdən əlavə orada neçə alternativ yol var. Sürücü alternativlərdən istifadə etməli idi”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyərkən avtobusun arxa tərəfi körpüyə ilişib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər