Qırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edir.
Qeyd edək ki, ötən ayın əvvəllərində Qazaxıstan Qırğızıstanla sərhəddə nəzarəti gücləndirərək bu ölkədən yüklərini keçidinin 3 dəfəyədək azalmasına səbəb olmuşdu. Bu yüklərin 80 faizi tranzit yolu ilə Rusiyaya çatdırılırdı.
Etiraz aksiyasının dinc şəraitdə davam etdiyi bildirilib.
Qırğızıstan mətbuatı aksiyada 500-dən çox adamın iştirak etdiyini yazır.