Dünən axşam saatlarında Texas ştatının Sazerlend-Sprinqs şəhərindəki kilsələrdən birində silahlı insident törədənin şəxsiyyəti müəyyənləşib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cinayəti 26 yaşlı ştat sakini Devin Patrik Kelli törədib.
Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində (SQ) xidmət edib. Bununla bağlı ABŞ SQ-nin mətbuat katibi Enn Stefanek açıqlama verib.
O bildirib ki, Kelli 5 il əvvəl həyat yoldaşı və azyaşlı övladını döydüyü üçün hərbi tribunalın qərarı ilə SQ-dan uzaqlaşdırılıb və 20 ay müddətinə həbs edilib.
Enn əlavə edib ki, Texasdakı onun terrorçularla heç bir əlaqəsi olmayıb.
Qeyd edək ki, məlum hadisə zamanı rəsmi məlumatlarda 26 nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı deyilir.
Texas silahlısının fotolarını təqdim edirik: