6 Noyabr 2017 10:22
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada səfərdə olan ABŞ Prezidenti Donald Tramp gecə saatlarında Texasda baş verən silahlı insidentlə bağlı yazılı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açıqlama Trampın rəsmi Tvitter hesabında yerləşdirilib.

Tramp hücumu “şeytani hərəkət adlandırıb:

“Kədərimizi və hissimizi sözlərlə izah edə bilmərik. Qəlblərimiz qırıldı. Belə çətin anlarda amerikalıların ən yaxşı gördüyü iş birlikdə olmaqdır. Güclü olmalıyıq. Bütün ABŞ, yaralılar və onların ailələri üçün dua edirik”.

Qeyd edək ki, 26 yaşlı ştat sakini Devin Patrik Kellinin Texas ştatının Sazerlend-Sprinqs şəhərindəki kilsələrdən birində törətdiyi silahlı insident zamanı 26 nəfər həlak olub, 20 nəfər yaralanıb.


Müəllif: Samir

Oxşar xəbərlər