İranın Ali dini lideri Əli Xameneyinin imzaladığı sərəncamla islam respublikası ordusunda yeni təyinatlar həyata keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, general Məhəmmədhüseyn Dadrəs İran İslam Respublikası ordusu baş komandanının müşaviri vəzifəsinə təyin edilib. O, həmin postdan uzaqlaşdırılan general Əhmədrza Purdəstanı əvəz edib.
Xameneyinin digər sərəncamı ilə admiral Həbibullah Səyyari İran İslam Respublikası ordusu dəniz qüvvələrinin komandanı vəzifəsindən azad edilib və admiral Hüseyn Xanzadi həmin vəzifəyə təyin edilib.
Daha bir sərəncam ilə İran ordusu dəniz qüvvələrinin keçmiş komandanı Həbibullah Səyyari İran ordusu baş komandanının koordinasiya işləri üzrə müavini vəzifəsinə təyin edilib.