6 Noyabr 2017 17:05
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün korrupsiya ittiham ilə həbs olunan Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid ibn Talal ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, məlumatlar BBC telekanalında yayımlanıb.

Bildirildiyinə görə, Əl Vəlid Səudiyyənin ən vacib investorlarından biriymiş. Onun investisiya yatırdığı şirkətlər arasında “Əpl”, “Avro Disney”, “Sentri Foks”, “eBay” və Tvitter kimi nəhəng biznes qurumları, “Four Seasons”, “Fairmont Raffles Holding International” və “The Plaza” kimi otel şəbəkələri var.

62 yaşlı şahzadənin özəl həyatı da bir müddət öncə dünya mediasının gündəmində xüsusi yer almışdı. “Biznes İnsayder” nəşrinin məlumatına görə, şahzadə əylənmək üçün sarayında xeyli gözəl qızlar saxlayırmış.

Bundan başqa, Əl Vəlid ABŞ-da törədilən 11 Sentyabr hadisələrindən sonra Nyu York ştatına 10 milyon dollar yardım bağışlayacağını demişdi. Ancaq Nyu Yorkun o zamankı rəhbəri Rudi Qiuliani şahzadənin Fələstin məsələsində İsrail və ABŞ-a qarşı çıxışlarına görə yardımdan imtina etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər