10 Noyabr 2017 09:54
3 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibet buddistlərinin ruhani lideri XIV Dalay-lama rus ekspertlərinin insan ruhunun ölümsüz və yenidən doğulması haqda reinkarnasiya nəzəriyyəsini təsdiq və ya təkzib olunması ilə bağlı araşdırma təkliflərini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı ötən ilin yayında Hindistanda Dalay-lama ilə görüşmüş rus neyrobioloq Konstantin Anoxin verib.

Araşdırmada Rusiya alimləri, psixoloqlar, folosoflar, eləcə də buddist rahibləri iştirak edəcək.

Təməl buddist tezislərindən birinə görə, şüur insana keçmişdəki həyatlarından gəlir. Lakin elm bununla razılaşmır və göstərir ki, fərdin şüuru fetal beynin inkişafı zamanı yaranmağa başlayır. Alimlər şüurun keçmiş həyatdan gəlməsi məsələsinin araşdırmalar zamanı sənədləşdirə bilərsə, bu, tam bir sensassiya olacaq.

İnsanların öz keçmiş həyatlarını xatırlaması ilə bağlı xeyli fakt mövcud olsa da, elm heç vaxt bu tip açıqlamaları eksperimentlərə dayanmadığına görə qəbul etməyib. İndi isə rus alimləri üçün reinkarnasiyanın ciddi elmi eksperimentlər əsasında qeydə alınması və ya inkar edilməsi üçün real şans yaranıb.

Qeyd etmək lazımdır ki, Dalay-lama elm adamlarına həmişə böyük sayğı ilə yanaşıb. O özü də astronomiya, kvant fizikası, neyrobilogiya və başqa fənlərlə maraqlanır. O, hətta bəyan edib ki, elm adamları məlum buddist inancının yalan-yanlış olmasını sübut edə bilsələr, o zaman buddistlər öz inanclarından imtina etməlidirlər. Hələ ki, belə bir subüt yoxdur.

Elm adamları onun yanlış olduğuna inandıra biləcəklərmi? Yaxud əksinə, məşhur dini-fəlsəfi təlimin doğru olmasını yekdilliklə təsdiq edəcəklərmi? Daha maraqlısı isə budur ki, reinkarnasiyanın həqiqiliyi sübut edilərsə, akademik elm buna necə reaksiya verəcək?..


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər