Hərbi xidmətdə olan gənc ailəsini xilas edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mahir adlı əsgər məzuniyyəti ilə əlaqədar ailəsinin yanına qayıdıb.
Bu zaman evlərində yanğın baş verdiyini görüb və ailəsini xilas edib.
Yanğın hadisəsi Hakkaridə ikimərtəbəli evin üst qatında baş verib. Ailədə hamının yatdığı zaman elektrik sistemində qısaqapanma olub və yanğın başlayıb.
Əsgərlikdən məzuniyyətə gələn Mahir cəld yanğınsöndürənləri hadisə yerinə çağırıb. Onlar gələnə kimi özü ailəsini yanğından xilas edib.
Tüstüdən boğulan əsgər xəstəxanaya yerləşdirilib.