ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner “Time Warner” korporasiyasına müraciət edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Wall Street Journal” nəşri məlumat yayıb.
Kuşner müraciətində korporasiyanın CNN telekanalının əməkdaşlarının 20 faizini işdən çıxarmaq təklifini edib.
Trampın kürəkəni müraciətini korporasiyanın nümayəndəsi Qari Qinsberqə çatdırıb.