Daxili İşlər Nazirliyi paytaxtın Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğınla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib.
Nəticədə 24 metr kabel yanıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyə olunub.
Tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.