Moskva məhkəməsi məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov barəsində qiyabi olaraq həbs qərarı çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi Telman İsmayılovun vəkilinə istinadla yayıb.
Vəkil Marina Rusakova həbs qərarını qanunsuz adlandırıb və apelyasiya şikayəti verdiyini deyib. Şikayətə noyabrın 15-də baxılacaq.
Telman İsmayılov 2 nəfərin ölümündə, eləcə də qanunsuz silah gəzdirməkdə ittiham olunur.