Biləsuvarda yol qəzası baş verib.
Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində, döngədə qeydə alınıb.
Qəza zamanı "VAZ 2109" markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə bir nəfər sərnişin, Lənkəran rayonu Vilva kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Şahidə Ağakişi qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./report/