Dünən saat 21:00 radələrində Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil hələlik kimliyi məlum olmayan təxminən 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.
Meyit Cəlilabad morquna gətirilib. Faktla bağlı araşdırma aparılır./report/