Türkiyənin Şırnak şəhər rəhbərliyi noyabrın 4-dən etibarən həyata keçirilən anti-terror əməliyyatı çərçivəsində bu gün daha 3 terrorçunun məhv edildiyini bəyan edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün Şırnakın Neməttəpə ərazisində terrorçu mağarası müəyyən olunub. Dərhal başladılan şəhid mayor Koray Onay adlı xüsusi əməliyyatla terrorçu qruplaşma ilə yaranmış yaxın təmas nəticəsində daha 3 terrorçu məhv edilib.
Məlumatda bildirilib ki, terrorçuların təmizlənməsi əməliyyatları intensiv şəkildə davam etdirilir.