13 Noyabr 2017 17:40
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il Böyük Britaniyada xüsusi təmtəraqla keçirilən “2017 Liderlər Sammiti”nə azərbaycanlı alim Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev də dəvət edilib.

Teleqraf.com xəbər verir ki, bu ilin dekabrın 20-21-də təşkil olunacaq sammitdə 48 ölkədən görkəmli alimlər, iş adamları və siyasətçilər iştirak edəcək. Sammitin təşkilat kommitəsi eyni zamanda həmyerlimiz professor Fəqan Əliyevin Oksford Akademik Birliyinin fəxri professoru adına da layiq görüldüyünü bəyan edib.

Hal-hazırda prof. Fəqan Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiridir. O, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Beynəlxalq ABOK Assosiasiyasının (Rusiya) üzvü, İslam Azad Universitetinin (İran) fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının (ABŞ) müşaviridir.

Fəqan Əliyev elmi və təşkilati fəaliyyətinə görə akademik Y.Məmmədəliyev və V.Boquslavski medalları ilə təltif olunub.


Müəllif: İlhamə Əbülfət