Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları paytaxt Moskvada anti-terror əməliyyatı keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı “Tabliği-camaat” ekstremist təşkilatının 70 üzvü saxlanılıb.
Onlar arasında təşkilatın liderləri də var. Məlumatlara görə, saxlanılanların əksəriyyəti Mərkəzi Asiya əsillidir.