Azərbaycanlı iş adamı Telman İsmayılovun əmlakı ikinci dəfə hərraca çıxarılıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkiyənin Sosial Müdafiə Fonduna külli miqdarda borcu olduğundan "Mardan palas" hotelinin hərracına yenə də heç kim qatılmayıb.
Komissiya 100 milyon lirə (43,7 milyon AZN) qiymət qoyulan mülkün hərracının dayandırılmasına qərar verib.
Qeyd edək ki, Telman İsmayılov 2010-cu ildə dünyanın ən lüks hoteli seçilən "Mardan palas"ın inşasına 1.4 milyard dollar xərcləyib. İlk hərrac noyabrın 10-da baş tutmuşdu.