Amerikalı jurnalist David Mead Şimali Koreyanın ABŞ-ı məhv etmək üçün qorxunc plan hazırladığını iddia edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, jurnalist Pxenyanın ABŞ-ın Vyominq əyalətindəki Yellouston vulkanını nüvə silahı vasitəsilə “oyadaraq” Amerikanı məhv etməyi hədəflədiyini bəyan edib.
Sentyabrda Niburi adlı planetdə baş verəcək qəza nəticəsində dünyanın yox olacağı iddiasını irəli sürərək gündəmə gələn David Mead indi də hidrogen bombasına sahib olan Şimali Koreya liderinin ABŞ-ın şimal qərbində yerləşən yanardağı “oyatmaq” üçün Pektusan vulkanını ciddi şəkildə araşdırdığı iddiasını irəli sürüb.
Bu cür açıqlamalarına görə, davamlı olaraq təhdid edildiyini vurğulayan Mead kompüterinə bir neçə dəfə kiber hücum edildiyini bildirib.
Jurnalist qeyd edib ki, irəli sürdüyü iddiaları bütün açıqlığı ilə nəşr edəcəyi kitabı vasitəsilə paylaşmağı düşünür.
Araşdırmaçılara görə, Yellouston Beynəlxalq Parkında yerləşən yanardağın aktivləşməsi nəticəsində ətrafda yaşayan 87 min nəfər həyatını itirə bilər.