Azərbaycanlı iş adamı Telman İsmayılovun apeliasiya şikayəti təmin olunmayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Moskva şəhər məhkəməsi qərar verib.
Məlumata görə, Basmanov məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmə Telman İsmayılovu 2 qətldə ittiham edərək, noyabrın 13-də barəsində həbs qərarı çıxarıb. O, Rusiyada olmadığı üçün beynəlxalq axtarışa verilib.