Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğlu bəraət alaraq azadlığa buraxılıblar.
Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında generalların həbsdən azad edilməsi haqqında qərar çıxarılıb. Qərarda qeyd olunur ki, adları çəilən şəxslərə qarşı ittihamlar öz təsdiqini tapmadığından ittihamlar hüquqi qüvvəsini itirmiş sayılır.