Futbol üzrə Türkiyə milli komandasının sabiq üzvü Zəfər Biryol həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İstanbul baş Prokurorluğu məlumat yayıb.
Ona qarşı Fətullahçı terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Biryol Türkiyə Super Liqasında 1996-2010-cu illərdə keçirdiyi 331 oyunda 135 qol vurub.