Argentinaya məxsus olan ARA San Juan adlı sualtı qayıq yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, artıq 48 saatdan çoxdur Argentina Hərbi Donanması ARA San Juanla əlaqə saxlaya bilmir.
Ölkənin Hərbi Dənuiz Donanması açıqlamasında qeyd edib ki, paytaxt Buenos-Ayresin 250 kilometr cənubunda yerləşən Mar del Plataya getməli olan sualtı qayıqla 48 saatdır əlaqə qura bilmirlər.
Almaniya istehsalı olan dizel elektrik sualtı qayığında 40 nəfərlik heyət var.
Argentina rəsmiləri yoxa çıxan qayığın itməsi haqda danışmağın tez olduğunu, hazırda ARA San Juanla əlaqə saxlamağaa çalışdıqlarını deyirlər.