ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı başlanan istintaqa saxta sənədlər təqdim edən şəxslər saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə polisindən verilən məlumatda saxlanılan şəxslərdən birinin CHP-nin sabiq millət vəkili Ayxan Ərdəmir olduğu bildirilir. Digər şəxs isə onun yaxın tanışı Osman Zəki Canıtezdir.
Hər iki şəxsin həm də FETÖ üzvü olmaq ittihamı ilə axtarışda olduğu bildirilir.