Azərbaycanda yeni doğulmuş qızı yol kənarına atıblar.
Ağstafa rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.
Məlumata əsasən, meyit Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsinə atılıbmış. Körpənin meyiti yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş halda aşkarlanıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik tam dəqiqləşməyib.
Körpənin meyitini isə ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib./Lent.az/