Feysbuk sosial şəbəkəsində texniki problemlər yaranıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri paylaşmalara şərh yazmaq funksiyasından istifadə edə bilmir.
Feysbuk istifadəçilərdən mövcud problemin həlli üçün şifrələri yeniləməyi istəyib. Lakin bəzi istifadəçilərdə problem hələ də qalmaqdadır.