29 Noyabr 2017 13:36
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya restoranlarının birində qumar oyununda istifadə edilən kartlara radioaktiv maddə sürtüldüyü aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Berlin polisi əvvəlcə müəssisələrin birində araşdırmaya başlayıb və radioaktiv maddənin səviyyəsinin yüksəldiyi məlum olub.

Daha sonra polis Berlin restoranlarının birində də eyni məqsədlə təhqiqata start verib.

Araşdırma zamanı tibdə istifadə olunan “yod-125” sürtülmüş 13 oyun kartı tapılıb. Mütəxəssislər müəyyən ediblər ki, qumar oynayan şəxslər bədənlərində yerləşdirdikləri dedektor nəticəsində kartı tanıyaraq rəqibləri üzərində üstünlük əldə edə bilirmişlər.

Kartların konkret hansı oyunda istifadə edildiyi bəlli olmasa da, restoranda qumar oyununa icazə verilmədiyi ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər